Kiçik biznes üçün sosial media strategiyası necə qurulur
Sosial media hesabı açmaq strategiya demək deyil. Strategiya üç sualdan başlayır: kimə danışırıq, nə vəd edirik, hansı nəticəni ölçürük?
1. Auditoriyanı dar tut
Hamıya danışan heç kimə danışmır. Yaş, şəhər, alış davranışı və ehtiyac üzrə bir-iki seqment seçin.
2. Kontent sütunları
Həftəlik planı dörd sütuna bölün: dəyər verən kontent, məhsul kontenti, sosial sübut və əyləncə.
3. Ölçmə
Bəyənmə yox, saytdakı hərəkət, yazışma sayı və satış vacibdir. Hər ay bir hesabat, hər ay bir düzəliş.
Bir yanıt yazın