Sıfırdan Peşəkara SEO Kursu
Açar söz araşdırmasından texniki auditə və link buildingə qədər — real sayt üzərində addım-addım SEO.
SEO Kursunda öyrənəcəksiniz
- Açar söz araşdırması aparmaq və niyyətə görə qruplaşdırmaq
- Texniki SEO auditi çıxarmaq və problemləri prioritetləşdirmək
- Səhifədaxili optimizasiya etmək
- Keyfiyyətli backlink strategiyası qurmaq
- GA4 və Search Console-u düzgün qurmaq
- Müştəriyə anlaşılan aylıq hesabat hazırlamaq
SEO Kursu kimlər üçündür?
Kurs sıfırdan başlayır — əvvəlcədən heç bir texniki bilik tələb olunmur. Kompüter və internet kifayətdir.
Ən çox fayda görənlər: öz biznesinin saytını idarə edənlər, marketinq şöbəsində işləyib SEO-nu da öhdəsinə götürmək istəyənlər, freelance olaraq müştəriyə xidmət satmaq istəyənlər və yeni peşə axtaran tələbələr.
SEO Kursu necə keçir?
Hər dərs 45–55 dəqiqədir və nəzəriyyə ilə praktika birlikdə gedir. Ekranı bölüşüb real sayt üzərində işləyirik: Search Console açırıq, audit çıxarırıq, səhifə yazırıq, nəticəni ölçürük.
Hər bölmənin sonunda tapşırıq var. Tapşırığı göndərirsiniz, mən baxıb geri dönüş verirəm — beləliklə səhvləri erkən düzəldirik.
SEO Kursu sonunda nə bacaracaqsınız?
Kursu bitirən şəxs öz saytını və ya müştəri saytını sıfırdan audit edib optimallaşdıra bilir: açar söz xəritəsi qurur, texniki problemləri tapıb prioritetləşdirir, məzmun planı yazır və nəticəni GA4 ilə ölçüb hesabat hazırlayır.
Bu, bir mütəxəssisin ilk iş günündə tələb olunan bacarıq dəstidir.
SEO Kursu üçün hansı alətlər lazımdır?
Kursda istifadə etdiyimiz alətlərin böyük hissəsi pulsuzdur: Google Search Console, Google Analytics 4, Google Keyword Planner, PageSpeed Insights və Screaming Frog-un pulsuz versiyası.
Ahrefs və Semrush kimi ödənişli alətləri də göstərirəm, amma onlarsız da kursu tam keçmək mümkündür — alternativləri ayrıca izah edirəm.
Bu kurs SEO-nu kitab dilində yox, iş masasında öyrədir. Hər bölmədə birlikdə real sayt üzərində işləyirik: Search Console açırıq, audit çıxarırıq, səhifə yazırıq, nəticəni ölçürük.
Kursun sonunda öz saytınızı və ya müştəri saytını sıfırdan optimallaşdıra biləcək səviyyədə olacaqsınız.
SEO Kursu proqramı
SEO Kursu haqqında suallar
Ömürlük. Kurs yeniləndikcə yeni dərslər də əlavə ödəniş olmadan açılır.
Xeyr. Kurs sıfırdan başlayır, sadəcə kompüter və internet kifayətdir.
«Kursu al» düyməsi ilə WhatsApp-da mənə yazın və Gmail ünvanınızı göndərin. Ödənişdən sonra həmin ünvana çıxış verirəm.
Digər kurslar